|
İlham Əliyev KİV-ə
maliyyə yardımı haqda
sərəncam imzalayıb

Azərbaycan Prezidenti "Azərbaycan Respublikasında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası"nı təsdiqləyib
Azərbaycan Prezidenti İlham Əliyev bir qrup KİV-ə maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına bir sıra qəzetlərin və informasiya agentliklərinin hər birinə 5 min manat məbləğində birdəfəlik maliyyə yardımı ediləcək.
Bu media qurumları arasında "ASSA-İRADA", "Azadinform", "Azərpress", APA, "AzərTAc", "Olaylar", "Trend" və Turan agentlikləri, həmçinin "Ayna" -"Zerkalo", "Azad Azərbaycan", "Azadlıq", "Azərbaycan" "Azerbaydjanskiye izvestiya", "Bakinski raboçi", "Bakı-Xəbər", "525-ci qəzet", "Bizim yol", "Exo", "Ekspress", "Ədalət", "Həftə içi", "Xalq cəbhəsi", "Xalq ... |